Neymar Braziliya millisinin heyətindən çıxarıldı

Neymar Braziliya millisinin heyətindən çıxarıldıbackend

Fransa çempionu PSJ-nin hücumçusu Neymar Braziliya millisinə kömək edə bilməyəcək.

Busaat.az  xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun Türkiyə “Başakşəhər”i ilə matçında (2:0) bud əzələsindən zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.

Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.

Neymar Braziliya millisinin heyətindən çıxarıldı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90