Neymarı “Barselona”ya qaytaracaqdım, amma Qrizmannı aldılar”

image-143805backend

“Barselona”nın sabiq idman direktoru Erik Abidalın 2019-cu ilin yayında Neymarı Kataloniya klubuna yenidən gətirmək ehtimalı olub..

Busaat.az xəbər verir ki, bu barədə o, “The Telegraph”a açıqlamasında bildirib:

“Transfer pəncərəsinin bağlanmasına 10 qalmış qalmış klubun baş icraçı direktoru ilə PSJ-nin idman direktoru Leonardo ilə görüşmək üçün Parisə getdik və Neymarın transferi haqda danışdıq. Klubun baş icraçı direktoru da getdiyi üçün məqsəd Neymarla müqavilə imzalamağımız idi. Daha əvvəl Qrizmannı almasaydıq, Neymarı 100 faiz transfer edə bilərdik. Çünki ehtiyacımız olan cinah oyunçusu idi və Neymar “Barselona”da möhtəşəm idi. Ancaq prezident Qrizmanna müqavilə imzalanmasına qərar verdi. Neymar əleyhinə arqumentlərdən biri klubu məhkəməyə verməsi idi. Geri dönməsi üçün məhkəmə qərarından imtina etməli olduqlarını söylədilər. Bu, mənim problemim deyildi, çünki bu anlaşılmazlıq olduğu zaman klubda deyildim. Mənim fikrimcə, Neymarı geri qaytara bilərdim, amma alınmadı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90