
Niderland parlamenti Azərbaycana qarşı sənəd qəbul etdi
Niderland parlamenti çərşənbə axşamı Azərbaycan tərəfindən “Laçın yolunun bağlanması” ilə bağlı bir sıra fraksiyaların təqdim etdiyi sənədi qəbul edib.
Busaat.az xəbər verir ki, sənəddə 9 noyabr 2020-ci il tarixli razılaşmalara baxmayaraq, Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizini bağladığı və Ermənistandan Qarabağa qaz nəqlini dayandırdığı bildirilib. Sənəddə, həmçinin, Rusiya sülhməramlılarının hadisələrə müdaxilə etmədiyi və bu vəziyyətin Qarabağ əhalisi üçün humanitar fövqəladə vəziyyət yaratdığı bildirilir.
Bundan əlavə, parlament Hollandiya hökumətini və Avropa Şurasını Qarabağ xalqına qarşı düşmənçilik hərəkətlərini dayandırmaq və Laçın yolunu açmaq üçün Azərbaycana müraciət etməyə çağırır.
Busaat.az























