
Nigeriya ordusundan genişmiqyaslı əməliyyat - 100 terrorçu zərərsizləşdirib
Nigeriya ordusu terror təşkilatlarına qarşı növbəti əməliyyat keçirib.
Busaat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami açıqlama verib.
Danmadami əməliyyatlarda ən az 100 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun isə yaralanaraq xilas olduğunu bildirib.
Əməliyyatda terrorçuların sığınacaqlarının bombalandığını bildirən Danmadami, 38 silah və mühüm sursatın ələ keçirildiyini açıqlayıb.
Qeyd edək ki, Nigeriyada Boko Haram terror təşkilatının törətdiyi qanlı hadisələr nəticəsində 20 mindən çox insan həyatını itirib.
Busaat.az























