
Nigeriyada 12 qanunsuz neft emalı zavodu hərbçilər tərəfindən dağıdılıb
Afrika qitəsinin neft və qazla zəngin ölkəsi Nigeriyanın cənubunda xam neftin qeyri-qanuni emalı üçün istifadə edilən 12 obyekt dağıdılıb.
Busaat.az xəbər verir ki, bu barədə ordu sözçüsü Onyema Nvaçukvu məlumat yayıb.
O, ölkənin cənubundakı neft bölgəsində “Delta Safe” əməliyyatının davam etdiyini bildirib.
Nvaçukvu 60 xam neft sobası, 14 neft anbarı, oğurlanmış xam neftlə yüklənmiş 6 taxta qayığın ələ keçirildiyini deyib.
Ölkədə yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir
Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard barreldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.
Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.
Qeyd edək ki, neft yataqlarının yerləşdiyi Delta bölgəsində silahlı qrupların neft mədənlərində təxribat törətməsi, qarşıdurma, adam oğurluğu kimi hadisələr baş verir.























