
Nigeriyada 186 illik tarixi məscid uçub: 10 ölü
Nigeriyanın Kaduna əyalətində Zazzau Əmirliyinin 186 illik məscidi uçub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər çökmənin səbəblərini araşdırırlar.
Qeyd edək ki, Zazzau Əmirliyinin məscidi 1835-1837-ci illər arasında dövrün əmiri Məhəmməd Bello tərəfindən tikilib.























