Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nigeriyada 83 min Boko Haram və ISWAP üzvü təslim oldu

image-boko-haram_650x400_71481783816
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nigeriyanın şimal-şərqində bir il ərzində 83 min terror təşkilatı Boko Haram və ISWAP üzvü təslim olub.

Busaat.az xəbər verir ki, terrorçuluğa qarşı “Hadin Kai” əməliyyatının komandanı general-mayor Kristofer Musa 2021-ci ilin iyulundan bu yana ölkənin şimal-şərqində Boko Haram və ISWAP-dan təxminən 83 min terrorçunun təslim olduğunu bildirib.

Bu rəqəmin 41 mininin uşaq olduğunu qeyd edən Musa, “Terrorçular öz uşaqları ilə yeni bir terror qruplaşması yaratmağa çalışırdılar və bu, baş tutsa çox təhlükəli olardı” – deyə, Musa bildirib.

Son illərdə təşkil edilən əməliyyatlara baxmayaraq, təşkilat hələ də Nigeriyada ciddi təhlükəsizlik problemi yaradır.

Nigeriyada 2009-cu ildən bəri Boko Haramın törətdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həlak olub.

Terror təşkilatı 2015-ci ildən Nigeriyanın qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 insan həyatını itirib.

Terror aktları və münaqişələr səbəbindən ölkədə yüz minlərlə insan miqrasiya etmək məcburiyyətində qalıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94347