
Nigeriyada daşqınlar 603 insanın ölümünə səbəb olub
Nigeriyada may ayından bu yana davam edən leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayının 603-ə yüksəlib, 2 min 407 nəfər yaralanıb
Busaat.az xəbər verir ki, bu barədə Nigeriyanın Humanitar İşlər, Fəlakətlərin İdarə Edilməsi və Sosial İnkişaf naziri Hacıya Sadiya Umar Faruk ölkədəki daşqınlarla bağlı son vəziyyəti dəyərləndirərkən bildirib.
Ölkədə 2 milyon 504 min 95 nəfərin daşqınlardan zərər çəkdiyini qeyd edən Faruk, daşqınlar səbəbindən 1 milyon 302 min 589 nəfərin məcburi köçkün olduğunu, 121 min 318 evin isə qismən zərər gördüyünü əlavə edib.
Nazir Faruk, “82 min 53 ev tamamilə dağıldı. Nigeriyada 108 min 392 hektar kənd təsərrüfatı sahəsi qismən, 332 min 327 hektar ərazi isə tamamilə zərər görüb” – deyə, fəlakətin səbəb olduğu zərərləri açıqlayıb.
Faruk, metrologiya agentliklərinin ölkənin Anambra, Delta, Cross River, Rivers və Bayelsa əyalətlərinin noyabr ayının sonuna qədər daşqın riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdiyini söyləyib.
İqlim dəyişikliyi və ətraf mühit üzrə ekspertlər ölkədə 53 milyon insanın daşqın təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.
Avropa İttifaqı (Aİ) Nigeriyanın 5 əyalətində daşqının təsirini azaltmaq üçün fövqəladə vəziyyətə hazırlıq məqsədilə 70 min avro ayırıb.























