
Nigeriyada dəhşətli qəza - 17 ölü, 17 yaralı
Nigeriyada sərnişin avtobusu ilə 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 17 nəfər ölüb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, Zəki-Qamava şossesində təkəri partlayan sərnişin avtobusu yolda 3 avtomobili vurub.
Qəzada 17 nəfərin həyatını itirdiyi, 17 nəfərin isə yaralandığı bildirilib.
Xəstəxanada müalicə olunanların bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Busaat.az























