
Nigeriyada FACİƏ! 103 nəfər həyatını itirib
Nigeriyada toydan qayıdan qayığın çevrilməsi nəticəsində aralarında uşaqlar da daxil olmaqla azı 103 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə Associated Press yerli rəsmilərə istinadən məlumat yayıb.
Polisdən bildirilib ki, Kvara əyalətinin Pategi rayonunda Niger çayında səhər saatlarında batmış qayıqda olan onlarla insanı axtarılır.
Bu vaxta qədər 100 nəfərin xilas edildiyi açıqlanıb.
Çayda boğulanların əksəriyyətinin toyda iştirak edən bir neçə kənddən olan qohumlar olduğu qeyd edilib.
Məlumata görə, qayıqda 300-ə yaxın insan olub.
Busaat.az























