
Nigeriyada silahlı hücum: 18 nəfər öldü
Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 18 nəfərin öldüyü bildirilib.
Busaat.az dünya mediasına istinadən xəbər verir ki, Maykatako bölgəsində baş verən hücum motosikletli silahlı şəxslər tərəfindən törədilib.
Hücum zamanı 18 nəfər həyatını itirib, çox sayda yaralı var.
Polisdən verilən açıqlamada yaralıların xəstəxanaya aparıldığı və hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.
Qeyd edək ki, son zamanlar Nigeriyada silahlı şəxslərin motosikletlərlə hücum təşkil etməsi səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.























