
Nigeriyada silahlı hücum: 7 nəfər ölüb, 12 nəfər qaçırılıb
Nigeriyanın şimalındakı Katsina əyalətində silahlı hücumda 7 nəfər ölüb, 12 nəfər qaçırılıb.
Busaat.az xəbər verir ki, bu barədə milli mətbuatda məlumat dərc olunub.
Bildirilib ki, Katsina əyalətinin Doka bölgəsində şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxslər tərəfindən silahlı basqın edilib.
Hücumda biri qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.
Nigeriyanın şimalı silahlı dəstələr səbəbindən böyük təhlükəsizlik böhranı ilə üzləşib. Dəstələr fidyə üçün adam oğurluğu, soyğunçuluq və qətl də daxil olmaqla, bir çox cinayətlərdə iştirak edirlər.























