Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nigeriyada terrorçular tərəfindən girov götürülən 49 nəfər xilas edilib

image-nigeriya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nigeriya ordusu ötən həftə ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haram tərəfindən girov götürülən 49 nəfəri xilas edib.

Busaat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Eduard Buba məlumat yayıb.

O, ordunun ölkənin şimal-şərqindəki Borno əyalətində Boko Harama qarşı son bir həftə ərzində əməliyyatlar keçirdiyini bildirib.

Buba deyib ki, əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən uşaqların da olduğu 49 nəfər xilas edilib.

Əməliyyatlar zamanı 50 terrorçunun zərərsizləşdirildiyini bildirən Buba 114 terrorçunun və onlara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyi barədə məlumat paylaşıb.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124907