
Nigeriyada yaranan daşqınlar nəticəsində çoxlu sayda insan didərgin düşüb
Nigeriyada bu il leysan yağışların səbəb olduğu daşqınlara görə 7 mindən çox insan didərgin düşüb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) məlumat yayıb.
NEMA-nın Planlaşdırma, Tədqiqat və Proqnozlaşdırma üzrə direktoru Fatimə Qasım aprel ayından bəri daşqınların 10 ştatda ümumilikdə 34 983 nəfərin həyatına mənfi təsir etdiyini bildirib.
Onun sözlərinə görə, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfər məcburi köçkün olub. Həmçinin, 1679 ev dağılıb, 866 hektar ərazi tamamilə yararsız hala düşüb.
Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb. Təbii fəlakət nəticəsində ölkə iqtisadiyyatı 7 milyard dollar zərər çəkib.























