
Nikaraquanın vitse-prezidenti Putini təriflədi: "Onun nitqini diqqətlə izlədik"
“Biz yaşamalı olduğumuz və irəliləməyə davam etməli olduğumuz dünyanın təhlilini gördük. Tarixi, yaddaşı, inkişafı və xalqların azadlığını, ləyaqətini, mədəniyyətini və suverenliyini qorumaq uğrunda mübarizəsini dərk etdik”.
Busaat.az xəbər verir ki, bunu Nikaraquanın vitse-prezidenti Rosario Murillo Rusiya Prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunun plenar iclasındakı çıxışına münasibət bildirərkən qeyd edib.
“Bu səhər biz Rusiya Prezidenti Vladimir Putinin nitqini diqqətlə dinlədik. Biz yaşamalı olduğumuz və irəliləməyə davam etməli olduğumuz dünyanın təhlilini gördük. Tarixi, yaddaşı, bütün hadisələri dərk etdik” -deyə, Rosario Murillo bildirib.
Qeyd edək ki, Oktyabrın 24-dən Moskvada keçirilən “Valday” Diskussiya Klubunun “Post-hegemonluq dünyası: ədalət və hər kəs üçün təhlükəsizlik” adlı 19-cu illik toplantısı Rusiya prezidentinin iştirak etdiyi plenar iclasla artıq yekunlaşıb.
Busaat.az























