
Nissan bütün aktivlərini Rusiyaya təhvil verib
Nissan şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiya hökumətinə təhvil verilməsi ilə bağlı müqavilə imzalanıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib.
Müqaviləyə əsasən, Nissanın Rusiyadakı bütün payı Rusiyanın NAMI dövlət institutuna məxsus olacaq. Razılaşmaya görə, Nissan 6 il ərzində təhvil verilən aktivləri geri almaq hüququna malikdir.
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bəyan edib ki, Avtovaz şirkəti Rusiyada Nissan avtomobillərinin satışından sonrakı xidmətlərinə cavabdeh olacaq.
Qeyd edək ki, Nissan sanksiyalara görə martın 14-də Rusiyadakı fabrikində istehsalı dayandırmaq qərarına gəlib. Daha əvvəl isə, Renault şirkətinin aktivləri Rusiya hökumətinə təhvil verilib.
Busaat.az























