
Nobel Sülh Mükafatına 305 şəxs namizəd göstərilib
Bu il Nobel Sülh Mükafatı üçün namizədlik ərizələrinin bağlandığı fevralın 1-nə olan statistikaya görə, namizədlərin sayı 305 nəfər olub. Bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir.
Busaat.az xəbər verir ki, bunu Osloda yerləşən Norveç Nobel Komitəsi açıqlayıb.
Son 8 ildə mükafata namizədlərin sayı 300-ü keçib. 2016-cı il 376 namizədlə ən çox namizədin qeydə alındığı il olub.
Nobel Sülh Mükafatına namizədliyi irəli sürülmüş şəxslərin adları və namizədlik məlumatları komitə tərəfindən 50 il ərzində məxfi saxlanıldığı halda, mükafatı irəli sürməyə səlahiyyətli şəxslər və təşkilatlar öz namizədliklərini ictimaiyyətlə paylaşa bilərlər.
Bir qrup dövlət başçıları, siyasətçilər, universitet professorları və xarici təşkilatların direktorları mükafata namizədlər irəli sürə bilərlər.
Nobel mükafatı laureatlarına diplom, Nobel medalı və təxminən 1 milyon dollar pul mükafatı verilir.
Mükafat öz sahiblərini dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə tapır.
2022-ci il Nobel Sülh Mükafatını Belarusdan olan hüquq müdafiəçisi Ales Bialiatski və Rusiya və Ukraynadan olan insan haqları təşkilatları olan Memorial və Vətəndaş Azadlıqları Mərkəzi, 2021-ci il Nobel Sülh Mükafatını isə Filippin və Rusiyada ifadə azadlığı uğrunda mübarizə aparan jurnalistlər Mariya Ressa və Dmitri Muratov qazanıb.
Covid-19 pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafatlandırma mərasimləri keçirilməyib.























