
Norveç ordunun döyüş hazırlığının səviyyəsini artıracaq
Norveç Ukraynadakı müharibəyə cavab olaraq təhlükəsizliyi gücləndirmək üçün silahlı qüvvələrin döyüş hazırlığını daha yüksək səviyyəyə çatdıracaq.
Busaat.az xəbər verir ki, bu barədə Baş Nazir Jonas Qahr Store bildirib.
Norveç hazırda Avropa İttifaqına təbii qazın ən böyük ixracatçısıdır və bu, Rusiyadan qaz tədarükünün kəsilməsindən sonra Aİ-nin bütün idxalının təxminən dörddə birini təşkil edir.
Jonas Gahr Store mətbuat konfransında bildirib: “Bu, son illərin ən ciddi təhlükəsizlik vəziyyətidir. Rusiyanın müharibəni digər ölkələrə daşıyacağına dair heç bir əlamət yoxdur, lakin artan gərginlik bizi təhdidlərə, kəşfiyyat əməliyyatlarına və təsir kampaniyalarına qarşı daha həssas edir”.
Qeyd edək ki, Skandinaviya ölkəsi “Şimal axını” boru kəmərində yaşanan sızmadan sonra dəniz platformalarını və quru obyektlərini qorumaq üçün ilk dəfə silahlı qüvvələrini strateji əhəmiyyətli obyektlərin qorunmasına cəlb edib. Norveçin bu addımı Britaniya, Fransa və Almaniya dəniz qüvvələri tərəfindən dəstəklənib.
Busaat.az























