
Norveç Ukraynaya 100 milyon dollar ayıracaq
Norveç Ukraynanın enerji sistemini bərpa etmək üçün Kiyev rejiminə 100 milyon dollar ayıracaq.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski yayıb.
“Norveç enerji infrastrukturumuzu bərpa etmək üçün 100 milyon dollar yardım edəcək. Buna görə norveçli tərəfdarlarımıza təşəkkür edirəm” – deyə, Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, Norveç Ukraynaya hərbi, iqtisadi və siyasi və humanitar yardım göstərir və ölkənin qaz təminatına kömək edir.
Bundan əvvəl Norveç tərəfi Ukrayna hərbçilərini hazırlamaq üçün təxminən 15 milyon dollar təmin edib. Bundan əlavə, ölkənin Müdafiə Nazirliyinin 2023-cü ildə 75 ilə 150 arasında olan və Ukrayna qoşunları üçün hərbi təlimçiləri nəzərdə tutan tədbirlərin sayını iki qat artırmaq niyyətində olduğunu bildirib.
Busaat.az























