
Növbəti qış Aİ üçün daha sərt keçəcək - Fatih Birol
Növbəti qış “qaz böhranı” səbəbindən Avropa İttifaqı üçün daha sərt keçəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib.
“Mən Aİ-nin bu qış qaz böhranını aradan qaldırmaq səylərini təqdir etdim, lakin gələn qış daha sərt olacaq”, – deyəTwitter hesabında yazıb.
Qeyd edək ki, Avropa dövlətləri qaz çatışmazlığını kompensasiya etmək üçün ABŞ və Qətərdən dəniz yolu ilə gətirilən bahalı mayeləşdirilmiş təbii qazdan (LNG) istifadə edirlər.
Busaat.az























