Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nüsrətin restoranındakı qadını “İnterpol” axtarırmış - Sabiq Prezidentin qızıdır (FOTO)

image-2e3a545e327c29d68e2c485e025f5693nrr3-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyəli tanınmış aşpaz Nüsrət Gökçenin Dubaydakı restoranında qonaq olan qadının “İnterpol” tərəfindən axtarışda olduğu üzə çıxıb.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Anqolanın sabiq Prezidenti Xose Eduardo dos Santosun qızı 49 yaşlı İzabel dos Santosdan gedir.

Hər yerdə axtarılmasına baxmayaraq, lüks məkanlarda görüntülər paylaşan qadın 5 milyon dollarlıq çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunur.

Adıçəkilən qadının Nüsrətin restoranındakı görüntülərini onun dostu instaqram hesabında paylaşıb. Görüntülərdən aydın olur ki, İzabel dos Santosa şəxsən Nüsrətin özü qulluq edib.

Qeyd olunur ki, 2017-ci ilə qədər Anqolanı 38 il idarə edən sabiq Prezident Xose Eduardo dos Santosun qızı Afrikanın ən zəngin qadınıdır.

“İnterpol”un məlumatına görə, İzabel adətən Portuqaliya, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində qalır. Ona qarşı irəli sürülən ittihamlara görə siyasi işgəncələrə məruz qaldığını deyən İzabel özünü təqsirli bilməyib. Nüsrətin İzabelin “İnterpol” tərəfindən axtarılması ilə bağlı məlumatı olub-olmadığı məlum deyil.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99415