
“Nüvə qiyaməti”nə işarə edən Baydendən yeni AÇIQLAMA: "Bu məsuliyyətsiz addımdır"
ABŞ prezidenti Coe Bayden daha öncə etdiyi “nüvə fəlakəti çıxışı”ndan sonra Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmadığını söyləyib.
Busaat.az xəbər verir ki, bu barədə Coe Bayden CNN televiziyasına müsahibəsində məlumat verib.
Baydenin jurnalistin verdiyi “Putinin həqiqətən də nüvə silahından istifadə edəcəyinə inanırsınız?” sualına cavabı belə olub:
“Bunu edəcəyini düşünmürəm, amma dünyadakı ən böyük nüvə gücü əlində olan dünya liderinin Ukraynada nüvə silahını istifadə edəcəyini açıqlaması məsuliyyətsiz addımdır. Putinin irrasional biri olduğunu düşünmürəm, amma səhv hesablamalar apardı. Ukraynada hər kəsin ona qucaq açacağını sandı. Hazırda Putin ilə görüşməyə bir səbəb görə bilmirəm. Ukrayna olmadan Rusiya ilə Ukrayna mövzusunda danışmaram” –deyə Bayden qeyd edib.
Busaat.az























