
Nyu Yorkda DƏHŞƏTLİ QƏZA - Qüllə kranı insanların üzərinə çırpılıb
ABŞ-nin Nyu York şəhərində dəhşətli qəza baş verib .
Busaat.az xəbər verir ki, tikintidə işləyən kran qülləsinin küçədəki insanların üzərinə çökməsi görüntüləri kameralara əks olunub.
Hadisə şəhərin ən məşhur məhəllələrindən biri olan Manhettendə tikintisi davam edən binada baş verib.
Kənardan konstruksiyaya bərkidilmiş qüllə kranının yuxarı hissəsində yanğın baş verib.
Nəticədə qüllə kranı insanların sıx olduğu küçəyə çırpılıb.
Qırılan kran əvvəlcə qarşıdakı binaya çırpılıb, daha sonra insanların sıx olduğu küçəyə düşüb.
Məlumata görə, hadisə nəticəsində yoldan keçən riyaziyyat müəllimi ölüb, 3 nəfər isə yaralanıb.
Busaat.az























