
Nyu-Yorkda marixuana satan ilk mağaza açıldı
Dünyanın müxtəlif ölkələrində marixuananın əyləncə məqsədi ilə istifadəsi və satışı qanuniləşdiyi zamanda, ABŞ-ın Nyu-York şəhəri yeniliyə imza atıb.
Busaat.az Sputnik-ə istinadən xəbər verir ki, əsas diqqəti evsizlik və QİÇS-lə mübarizəyə yönəldən “Housing Works” qeyri-hökumət təşkilatı şəhərin Şərq kəndində ilk marixuana satış məntəqəsini açıb.
Qubernator Keti Hochul, “Yetkinlər üçün ilk qanuni marixuana satışı Nyu-Yorkun marixuana sənayesində tarixi bir dönüş nöqtəsidir” – deyə, məsələyə münasibət bildirib.
Busaat.az























