
Nyu Yorkda təcavüz və oğurluq cinayətləri 22 faiz artıb
ABŞ-ın Nyu York şəhərində qətl və silahlı zorakılıq kimi cinayətlər azalarkən, oğurluq, soyğunçuluq və təcavüz tipli cinayətlərin keçən ilə nisbətən yüzdə 22 artdığı bildirilib.
Busaat.az xəbər verir ki, Nyu-York Polis Departamentinin (NYPD) açıqladığı statistika Nyu-Yorkun cinayət rekordunu üzə çıxarıb.
Statistikaya görə, 2022-ci ildə şəhər üzrə 189 777 nəfər saxlanılıb. Onlardan 47 min 572 nəfərinin qətl, zorlama, quldurluq, ağır hücum və ev oğurluğu kimi ağır cinayətlərdə şübhəli bilindiyi qeyd edilib.
2022-ci ildə soyğunçuluq və ev oğurluğu cinayətlərinin 2021-ci ilə nisbətən 22 faiz artdığı vurğulanıb. Bu çərçivədə ötən ilin birinci rübündə quldurluq hadisələrinin 37 faiz, bununla bağlı saxlanılanların isə 17 faiz artdığı diqqətə çatdırılıb.
Keçən il metroda, ictimai nəqliyyat sistemində cinayət nisbətlərində yüzdə 30 artım olduğu qeyd edilib ki, bu da Nyu Yorkun ən əhəmiyyətli cinayət bölgələrindən biri olaraq tez-tez manşetlərdə əks olunur.
Səlahiyyətlilər metroda cinayət hallarının artmasını Covid-19 epidemiyasından sonra ictimai nəqliyyat sıxlığının qəfil artması ilə əlaqələndirib.
Busaat.az























