“O xəbəri eşidəndə Messiyə “İnstaqram”da mesaj yazdım” – Di Mariyabackend

PSJ-nin futbolçusu Anxel di Mariya “Barselona”nın kapitanı Lionel Messini komandadan ayrılmaq istədiyi vaxt Paris klubunda çıxış etməyə çağırıb.

Sportfan.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi argentinalı hücumçunun Kataloniya təmsilçisindən ayrılacağını eşidəndə ona “İnstaqram” vasitəsi ilə mesaj yazdığını bildirib:

“Messinin “Barselona”da oynamağa davam etmək istəmədiyini eşidəndə dərhəl “İnstaqram”da ona mesaj yazdım. Messiyə PSJ-nin heyətində ona qarşı necə davranacaqlarını və necə oynayacağını dedim”.

Qeyd edək ki, L.Messi klubdan ayrılmaq istəsə də, müqavilənin ləğvi ilə bağlı rəhbərliklə razılığa gələ bilməyib.