Oğurlanan “məşhur” körpünün FOTOSU

image-1677067691_cbd1b4d3f6e69f8bcb9402dde45e0160backend

Xəbər verdiyimiz kimi,Göygöl rayonunun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpü oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.

Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə həmin körpünün fotoları yayılıb. Məlum olub ki, oğurlanan körpü sosial şəbəkələrdə deyildiyi kimi elə də böyük olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90