
Oman İsraili boykot edən qanunu dəyişdirməyi düşünür
Omanın Dövlət Şurası İsraili boykot edən qanunun hər hansı bir İsrail orqanı və ya rəsmi şəxsi ilə təması qadağan edən birinci maddəsinə düzəliş etməyi müzakirə edəcək.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu addım İsrailin güclü təzyiqindən sonra atılıb.
Həmçinin, 2020-ci ildə Oman Bəhreynin İsraillə münasibətləri normallaşdırmaq qərarını alqışlayıb və bunun İsrail-Fələstin sülhünü təşviq edəcəyinə ümid edib.
“Oman bəzi ərəb ölkələrinin tutduğu bu yeni strateji yolun İsrailin Fələstin torpaqlarını işğalına son qoymasına və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına əsaslanan sülhün əldə edilməsinə töhfə verəcəyinə ümid edir” – deyə, Oman Dövlət Şurasının bəyanatında qeyd edilib.
Qeyd edək ki, 2018-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Omana səfər edib və Omanın o zamankı lideri Sultan Qabusla Yaxın Şərqdə sülh təşəbbüslərini müzakirə edib.
Busaat.az























