Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 149 $▼1.57%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ömər Çelik: "Ərdoğan yaxın vaxtlarda Soçidə Putinlə taxıl müqaviləsini müzakirə etməyi planlaşdırır"

image-omer-celik
Ömər Çelik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Soçidə rusiyalı həmkarı Vladimir Putinlə taxıl sazişini müzakirə etməyi planlaşdırır.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik Ankarada mətbuat konfransında deyib.

“Prezidentimiz dünyada ərzaq böhranının qarşısını almaq üçün diplomatik işlər görüb. Bildiyiniz kimi, yaxın vaxtlarda cənab prezidentimiz rusiyalı həmkarı Putinlə danışıqlar üçün Soçiyə gedəcək. Ümid edirik ki, bu görüşdən sonra ətrafdakı vəziyyət daha da yaxşılaşacaq. Taxıl sövdələşməsi inkişaf edəcək”, – deyə Çelik bildirib.

“Daily Sabah” qəzetinin yazdığına görə, Ərdoğan və Putin arasında Soçidə gözlənilən danışıqlar Rusiya Federasiyasının taxıl müqaviləsinə qaytarılmasında irəliləyişdən xəbər verə bilər.

Bloomberg daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Ərdoğan sentyabrın 8-də Rusiyada Putinlə danışıqlara gedəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119594