
"Ona görə gəlin bütün bu məsələləri müzakirə edək" - Putin
Rusiya müəyyən ölkələrin onun üçün yaratmağa çalışdığı çətinliklərin öhdəsindən gələcək.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Bu gün biz bəzi ölkələrin Rusiya üçün yaratdığı çətinlikləri həll etmək üçün gördüyümüz və görməli olduğumuz tədbirlərə diqqət yetirəcəyik. İndiyədək onlar qarşıya qoyduğu məqsədlərinə nail ola bilməyiblər. Əminəm ki, onlar heç vaxt uğur qazana bilməyəcəklər”, – deyə Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.
“Ona görə gəlin bütün bu məsələləri müzakirə edək”, – Putin əlavə edib.
Qeyd edək ki, iclasda həmçinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezidentin İcra Aparatının rəhbəri Anton Vayno, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Şurasının sədri iştirak ediblər.
Busaat.az























