
Onlar arasında qorxu və narahatlıq hissi yaratmağa davam edəcəyik - Kim Çen In
Düşmənlərimiz təhlükəsizlik böhranına səbəb olan təcavüzkar siyasətlərindən əl çəkənə qədər onlar arasında qorxu və narahatlıq hissi yaratmaq üçün işləməyə davam edəcəyik.
Busaat.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In bildirib.
O, qeyd edib ki, Koreya yarımadasında ətraf mühiti təhlükə altına alan və Koreya xalqının dinc həyatına və sosializm quruculuğu uğrunda mübarizəsinə təcavüz edənlər WPK (Koreya Fəhlə Partiyası) və KXDR hökumətinin düşməninə çevriləcək.
Qeyd edək ki, Şimali Koreya aprelin 13-də özünün qitələrarası ballistik raketini (Hwasong-18) sınaqdan keçirib.
Busaat.az























