
Onlar uzun illər Rusiyanın bir hissəsi olmaq uğrunda mübarizə aparıb - Putin
“Donetsk və Luqansk xalq respublikaları”nın, eləcə də Zaporojye və Xerson vilayətlərinin əhalisi uzun illər Rusiyanın bir hissəsi olmaq uğrunda mübarizə aparıb.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin, Yerli Özünüidarəetmə Şurasının iclasında bildirib ki, yeni ərazilərdə insanlar uzun illər Rusiya ilə birlikdə olmaq hüququ uğrunda mübarizə aparıblar.
“Uzun illərdir ki, onlar Rusiyadakı şəraitə bənzəməyən tamamilə fərqli regional və bələdiyyə idarəetmə şəraitində yaşayırlar”, – prezident əlavə edib.
O bildirib ki, yeni ərazilərdə işləyən bələdiyyə məmurlarına qayğı ilə yanaşılmalı və “yeni regionların Rusiyanın vahid dövlət idarəetmə sisteminə inteqrasiyası üçün bütün lazımi köməkliklər” göstərilməlidir.
Busaat.az























