
Orduda xidmət edən sihist əsgərlərə ABŞ məhkəməsindən saqqal və türban İCAZƏSİ
ABŞ Federal Məhkəməsi ABŞ ordusunda xidmət edən Sih etiqadlı əsgərlərin dini inanclarına görə saqqallarını və türbanlarını saxlaya bilməsi barədə qərar verib.
Busaat.az xəbər verir ki, Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Korpusunda saqqal saxlamağa və türban taxmağa icazə verilməyən üç sihist əsgərin şikayətini təmin edib.
Məhkəmə sihist əsgərlərin öz dini inanclarını qorumaq üçün saqqal uzada və türban taxa biləcəklərini qeyd edib və bunun onların vəzifələrini yerinə yetirmələrinə mane olmayacağına qərar verib.
Qeyd edək ki, sözügedən üç əsgər ABŞ Ordusunda Dəniz Piyadaları Korpusuna qoşulmaq üçün imtahanlardan keçib, lakin əsas təlim düşərgəsindəki qaydalara uyğun olaraq onlardan saqqallarını kəsmələri və türbanlarını çıxarmaları tələb olunduğu zaman məhkəməyə müraciət ediblər. Məhkəmə onların şikayətini təmin edib.
Sihizm nədir?
Dünyanın beşinci ən böyük dini olan Sihizmin tarixi 500 il əvvələ gedib çıxır. Sihizm indiki Pakistan ərazisi olan Pəncab şəhərinin şimal hissələrində meydana çıxmışdır. 1500-cü illərdə yaranmış Sihizmin banisi Guru Nanak kimi tanınır. Guru Nanak hindu fəlsəfəsini rədd edib. Hindu ayinlərində iştirak etməyən Guru Nanak insanların bərabər olduğunu deyib. Nanak bir çox tanrı inancının yanlış olduğunu və tək bir tanrının olduğunu bildirib.
Busaat.az























