“Oruc Rəis”lə bağlı açıqlamasının ardından İSTEFA VERDİ

“Oruc Rəis”lə bağlı açıqlamasının ardından İSTEFA VERDİbackend

Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin milli təhlükəsizlik müşaviri Aleksandros Diakopulos “Oruc Rəis”lə bağlı verdiyi açıqlamanın ardınca istefa verib.

Busaat.az xəbər verir ki, Diakopulos açıqlamasında, “Oruc Rəis”in Yunanıstanın kontinental şelfində araşdırma apardığını və bölgəni izlədiyini, bundan da hökumətin narahat olduğunu bildirib:

“Belə bir niyyətim olmasa da, dünən verdiyim açıqlama çaşqınlıq yaratdı. Bu, Baş nazir və hökumət üçün problem oldu. Məsuliyyəti üzərimə götürərək istefa verirəm”.

Yunan dövlət agentliyi “ANA” A.Diakopulosun istefasının Baş nazir tərəfindən qəbul edildiyini yazıb.

Dünən mətbuata verdiyi açıqlamada A.Diakopulos “”Oruç Rəis” araşdırmalarını Yunan kontinental şelfində davam etdirdi və bölgəni qeyd etdi” dedi.

Qeyd edək ki, Yunan hökuməti “Oruc Rəis”in araşdırma aparmaq istədiyini, ancaq bunun baş tutmadığını açıqlamışdı. Diakopulos isə açıqlaması isə hökumətin dediklərini təkzib edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90