Ötən ildə Rusiya 13 milyard dollarlıq silah satıb – Çemezovbackend

2020-ci ildə Rusiya hərbi məhsullarının xaricə tədarük həcmi təqribən 13 milyard dollar təşkil edib.

Busaat.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Rostec” şirkətinin rəhbəri Sergey Çemezov bildirib.

Onun sözlərinə görə, keçən il olduğu kimi bu il də eyni strategiya davam etdiriləcək.

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin ötən ilin dekabr ayında koronavirus pandemiyasına görə Rusiyanın bir sıra xarici müştərilərə silah tədarükünü təxirə saldığını açıqlamışdı. Bu çərçivədə xarici hərbi mütəxəssislərin təhsil almaq üçün qəbulu da dayandırılmışdı.

Ötən il mart ayının əvvəlində Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev silah və hərbi texnika üçün Rusiya ixrac sifarişlərinin portfelinin 55 milyard dollar olduğunu açıqlamışdı.