Özbəkistan Rusiya ilə illik ümumi həcmi təqribən 2,8 milyard dollar olan qaz alqı-satqısı barədə razılığa gəlib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
“UzGasTrade” və “Qazprom Export” arasında iki il müddətinə qaz alqı-satqısı müqaviləsi bağlanıb”, – məlumatda deyilir.
Sazişi Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıblar.
“Bu müqavilə ölkə əhalisinin təbii qaza olan tələbatının qismən ödənilməsinə yönəlmiş tədbirlərdən biridir”, – məlumatda vurğulanır.
Busaat.az