Pakistan-Əfqanıstan müharibəsi başlayır?: Mülki şəxslərə atəş açıldı – 6 nəfər öldü

image-kapak_212503backend

Əfqanıstan Sərhəd Qüvvələrinin Pakistan-Əfqanıstan sərhədindəki Çaman şəhərində səbəbsiz yerə atəş açması nəticəsində 6 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Pakistan tərəfi yayıb.

Məlumata görə, Pakistan-Əfqanıstan sərhədində mülki şəxslər atəşə tutulub. Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada, Bəlucistan əyalətində yerləşən və Əfqanıstanla həmsərhəd olan Çaman şəhərində mülki şəxslərə atəş açıldığı bildirilib. heç bir səbəb olmadan və ayrı-seçkilik etmədən açılan atəş nəticəsində 6 nəfərin həlak olduğu, 17 nəfərin yaralandığı bildirilib.

Hücumda Əfqanıstan qüvvələrinin artilleriya və minaatan kimi ağır silahlardan istifadə etdiyinə diqqət çəkilib: “Pakistan Sərhəd Qoşunları isə, əsassız təcavüzə ölçülü şəkildə cavab verdi, lakin bölgədəki günahsız mülki insanları hədəf almaqdan qaçdı”.

Çaman polis məmuru Abdullah Əli Kasi verdiyi açıqlamada Əfqanıstan tərəfindən Pakistan ərazisinə minaatanların atılmasından sonra atışmaların başladığını bildirib.

Kvetta şəhərindəki xəstəxanada fövqəladə vəziyyət elan edilərkən, Bəlucistanın Baş naziri Əbdül Quddus Bizenco hadisə ilə bağlı narahatlığını ifadə edib: “Ümid edirəm ki, federal hökumət bu problemə diplomatik səviyyədə təcili və təsirli bir həll yolu təqdim edər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90