
Pakistanda avtobus və yük maşını toqquşub - 17 ölü
Pakistanın Hayber Paxtunxva əyalətində avtobus və yük maşınının toqquşması nəticəsində 17 nəfər həyatını itirib.
Busaat.az Pakistan mətbuatına istinadən xəbər verir, Lakki Marvatdan Pişəvərə gedən sərnişin avtobusu Kohat bölgəsində yük maşını ilə toqquşub.
Qəzada aralarında qadın və uşaqların da olduğu 17 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Pakistanda yol infrastrukturunun zəif olması və yol hərəkəti qaydalarına məhəl qoyulmaması səbəbindən ölümlə nəticələnən yol qəzaları tez-tez baş verir.
Busaat.az























