
Pakistanda etirazlar davam edir
Pakistanda dünən sabiq baş nazir İmran Xanın həbsi ilə başlayan etirazlar ölkənin müxtəlif şəhərlərində davam edir.
Busaat.az xəbər verir ki, Pakistan mediasının məlumatına görə, paytaxt İslamabad, Pişəvər, Lahor, Kəraçi və bir çox başqa şəhərlərdə nümayişlər Xanın həbsinin ikinci günündə də davam edir.
Paytaxt İslamabadda etirazçılar Kəşmir və Şrinaqar magistral yolunu kəsiblər.
Polis nümayişçilərə gözyaşardıcı qaz və rezin güllələrlə cavab verərkən, etirazçılar təhlükəsizlik qüvvələrinə daş və çubuqlar atıblar. Nümayişçilər magistral yoldan istifadə etmək istəyən sürücülərin keçməsinə icazə verməyiblər.
Pişəvərdə etirazçılar Seçki Komissiyasının ofisinə basqın edərək içəridəki materialları yararsız hala salıblar.
Kəraçinin Gülşen-i İkbal rayonunda da nümayişçilər tərəfindən polis maşını yandırılıb.
Federal hökumətin çağırışı ilə Pakistan ordusu təhlükəsizliyi təmin etmək üçün İslamabadın müxtəlif məntəqələrində mövqelənməyə başlayıb.
Busaat.az























