
Pakistanda kamikadze partlayıcı ilə doldurulmuş avtomobili partladıb - 2 ölü
Pakistan Talibanının keçmiş qərargahında kamikadze partlayıcı ilə dolu avtomobili vaxtından əvvəl işə salıb və nəticədə qonşu avtomobildə olan ər-arvad ölüb.
Busaat.az bu barədə Pakistan mediasına istanadən xəvbər verir.
Yerli administrasiyanın nümayəndəsi Rehmant Ulahın sözlərinə görə, partlayış Pakistanın şimal-qərbində, Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva əyalətinin Şimali Vəziristanında baş verib.
Məlumata görə, partlayış zamanı yaxınlıqda bir qrup mədənçi olub, lakin onlar xəsarət almadan partlayışdan sağ çıxıblar.
“Biz terrorçunun partlayıcı ilə dolu avtomobili səhvən və ya vaxtından əvvəl işə saldığından şübhələnirik, partlayış nəticəsində terrorçunun avtomobilinin yanında olan bir kişi və bir qadın həlak olub”, – məlumatda bildirilir.
Terrorçunu əraziyə kimin göndərdiyi hələlik məlum deyil, lakin şübhələr ilk növbədə “Təhrik-i-Taliban Pakistan” kimi tanınan qeyri-qanuni Pakistan Taliban hərəkatının üzərinə düşür.
Busaat.az























