Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Pakistanda kriptovalyuta xidmətləri qadağan edildi

image-download-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pakistanda Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Fəaliyyət İş Qrupunun (FATF) şərtlərinə əsasən, internetdə mövcud olan kripto pul xidmətləri qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün qadağan ediləcək.

Busaat.az xəbər verir ki, bunu Pakistanın Gəlir və Maliyyə Nazirinin müavini Ayşe Qus Paşa Senatın Daimi Maliyyə Komitəsinin iclasında verdiyi açıqlamada deyib.

Pakistan Mərkəzi Bankı və İnformasiya Texnologiyaları Nazirliyinin kriptovalyutaların qadağan edilməsi üzərində çalışdığını qeyd edən Paşa qeyd edib: “İslamabad heç vaxt kriptovalyutaları leqallaşdırmayacaq”.

Mərkəzi Bankın direktoru Sohail Cavad da kripto pulların virtual pul vahidi olduğunu və bu günə qədər onun 16 min növünün yaradıldığını bildirib və 2,8 trilyon dollarlıq bazarın 1,2 trilyon dollara qədər azaldığını bildirib.

Pakistan Mərkəzi Bankı 2018-ci ilin aprelində kriptovalyuta ticarəti və mədənçiliyini qadağan edib. Lakin bu qadağaya baxmayaraq, kriptovalyutalara tələbat artmaqda davam edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109958