
Pakistanda məsciddə partlayış baş verib, 50 nəfər yaralanıb
Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 50 nəfər yaralanıb.
Busaat.az bu barədə TASS-a istanədən xəbər verir.
Təhlükəsizlik xidmətinin məlumatına görə, məscid polis idarəsinin yaxınlığında yerləşir. Partlayışı günorta namazı zamanı kamikadze törədib.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 13-nün vəziyyəti ağırdır.
Busaat.az























