
Pakistanda partlayış - 40 ölü, 100-dən çox yaralı
Pakistanda “Camiat Ulema-e-Islam” partiyasının qurultayında baş verən partlayışda 40 nəfər həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Partlayışı kamikadze törədib.
İnformasiya naziri Feroz Camal Şah Kakahel, 200-dən çox adamın yaralandığını bildirib. Yaralılar arasında Geo TV operatoru da var, o, başından və döş qəfəsindən xəsarət alıb, vəziyyəti ağır qiymətləndirilir.
Reuters-in məlumatına görə, isə baş verən hadisədə azı 42 nəfər ölüb, 130 nəfər yaralanıb.
Busaat.az























