
Pakistanda polis maşınına hücum: 9 ölü, 11 yaralı
Pakistanın Bəlucistan əyalətində polis maşınına hücum nəticəsində 9 polis ölüb, 11-i yaralanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, Kaççi və Sibi bölgələri sərhədində olan Bolanda körpüsündə polis maşınına hücum həyata keçirilib.
Hələlik heç kim hücumla bağlı məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumlarının sayı artıb.
Busaat.az























