
Pakistanda qarşıdurma: 10 silahlı zərərsizləşdirildi
Pakistanın Bəlucistan əyalətində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 10 silahlını zərərsizləşdirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Pakistan ordusu yayıb.
Məlumatda, Bəlucistanın Hoşab bölgəsində silahlılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilib. Qarşıdurmada 10 silahlının zərərsizləşdirildiyi bildirilib.
Yaraqlıların hansı təşkilata aid olduğu barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, dünən Pakistan Talibanı (TTP) mayın 10-da İslamabad administrasiyası ilə başlatdığı atəşkəsin sona çatdığını və silahlılarına ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum etməyi əmr etdiyini açıqlayıb.
Busaat.az























