
Pakistanda qarşıdurmada 6 yaraqlı zərərsizləşdirilib
Pakistanın Hayber Paxtunxva əyalətində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 6 yaraqlını zərərsizləşdirib.
Busaat.az xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamaya görə, Şimali Vəziristan bölgəsində silahlılara qarşı əməliyyat keçirilib.
Açıqlamada qarşıdurma zamanı 6 yaraqlının zərərsizləşdirildiyi, çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilib.
Yaraqlıların hansı təşkilata aid olduğu barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
Busaat.az























