
Pakistanda türk məzunlar daşqın qurbanlarına 120 ton humanitar yardım edib
Pakistanda təhsil alan Türk şagirdlərin qurduğu Sivil İcma Təşkilatı (STK) Pakistan Məzunları və Üzvləri Assosiasiyası (PAMDER) Sindh əyalətində daşqın qurbanlarına 120 ton humanitar yardım edib.
Busaat.az xəbər verir ki, bu barədə PAMDER-in ölkə koordinatoru Talha Uğurlu Anadolu Ajansına açıqlamasında bildirib.
Açıqlamada Pakistandakı sel fəlakəti səbəbi ilə ölkənin müxtəlif bölgələrində yardım fəaliyyətləri başlatdıqları bildirilib:
“Yardımları 985 ailəyə çatdırdıq. Bu yardımlar içərisində yataq, çadır, sığınacaq, mətbəx və qida ehtiyatları da var. Bu yardımlardan 6 min insanın faydalanması gözlənilir” –deyə, açıqlamada qeyd olunub.
“Mədrəsə belə sular altındaydı. Bu qədər böyük yardım bu günə qədər heç bir sel qurbanına verilməmişdi. Bu yardımları Türk qardaşlarımız etdi. Dualarımız sizinlə bərabərdir” –deyə, ehtiyacı olanlara yardımların çatdırılmasına dəstək verən Miro Handakı Talimül Quran mədrəsəsinin baş müəllimi Münir Əhməd türk tələbələrə təşəkkür edib.
Busaat.az























