Pakistanla Hindistan arasında qarşıdurma güclənib

Pakistanla Hindistan arasında qarşıdurma güclənibbackend

Pakistanla Hindistan arasında siyasi gərginlik yenidən artmağa başlayıb.

Busaat.az  xəbər verir ki, Pakistan ölkəni terrora dəstək verməkdə ittiham edib.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məlumat verib. Qeyd olunub ki, Hindistan terrorun planlaşdırılması, təşviq edilməsi, dəstəklənməsi və tətbiq olunmasında iştirak edir.

Pakistan XİN-in yaydığı məlumata əsasən, bunu sübut edən sənədlər toplanıb.

Bildirilib ki, Hindistan terror təşkilatları olan “Cemaat-ül Ahrar”, “Pakistan Talibanı” (TTP), “Belucistan Azadlıq Ordusu”na son 3 ildə 22 milyard rupilik yardım edib.

Pakistanın bu addımı bir neçə gün əvvəl Kəşmir sərhədində iki ölkə arasında yaranan atışmadan sonra baş verib.

Pakistan Müdafiə Nazirliyi Hindistanın raket hücumu nəticəsində 1 əsgər və 5 mülki şəxsin öldüyünü, aralarında qadın, uşaqların olduğu 30-da çox yaralının olduğunu açıqlayıb. Hindistan rəsmiləri isə Pakistanın hücumu zamanı 5 əsgər və 6 mülki şəxsin həlak olduğunu bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90