
Papa əməliyyat olunacaq
Son zamanlar səhhətində problemlərlə gündəmə gələn Papa Fransiskin xəstəxanaya yerləşdirildiyi və bu gün əməliyyat olunacağı açıqlanıb.
Busaat.az xəbər verir ki, Vatikandan verilən açıqlamada Katolik Kilsəsinin ruhani lideri Papa Fransiskin bu gün əməliyyat olunacağı bildirilib.
Açıqlamaya görə, son vaxtlar səhhətində problemlər yaranan Papa Romadakı Gemelli xəstəxanasına aparılıb və bu gün qarın nahiyəsindən əməliyyat olunacaq. Qeyd olunub ki, 86 yaşlı Papa Fransisk əməliyyat olunmağa qərar verib və Papa bir neçə gün xəstəxanada müalicə alacaq.
Bu gün səhər saatlarında Vatikanda təşkil edilən mərasimdə iştirak edən Papa əməliyyatdan bəhs etməyib. Dünən nəzarət üçün xəstəxanaya gedən Papa son aylarda dizindəki problemə görə əlil arabasından istifadə edirmiş.
Papa yaşadığı ağrı səbəbiylə 2021-ci ildə yoğun bağırsaq əməliyyatı keçirib və ağrılarının son vaxtlar yenidən üzə çıxdığını bildirib. 86 yaşlı ruhani lider narkozun yaratdığı problemlərə görə əməliyyatdan uzaqlaşdığını açıqlayıb və səhhətində yaranan problemlərə görə işdən ayrılacağına işarə edib.
Busaat.az























