
Papa Fransisk uşaqların Ukraynaya qaytarılması üçün nümayəndə təyin etməyi planlaşdırır
Roma Papası Fransisk uşaqların Ukraynaya qaytarılması üçün Vatikanın daimi nümayəndəsi təyin etməyi düşünür.
Busaat.az xəbər verir ki, bu barədə Papa katoliklərin həftəlik nəşri olan “Vida Nueva”ya müsahibəsində bildirib.
“Papa Fransiskin Ukrayna üzrə elçisi Matteo Zuppi danışıqlar aparan şəxs kimi çox çalışır. Əldə edilmiş ən mühüm irəliləyiş ukraynalı uşaqların öz ölkələrinə qayıtması ilə bağlıdır. Biz əlimizdən gələni edirik ki, övladlarının qaytarılmasını tələb edən ailənin hər bir üzvü buna nail ola bilsin, – Papa deyib.
Pontifik daha əvvəl öz missiyası çərçivəsində Kiyev, Moskva və Vaşinqtonda olmuş kardinal Zuppinin Pekinə gedəcəyini də açıqlayıb.
Zuppinin Vaşinqtona səfərindən sonra planlaşdırılan növbəti dayanacaq Pekin olacaq, çünki həm ABŞ, həm də Çin gərginliyi azaltmağa kömək edə bilər.
Busaat.az























